Baxma mənə elə, günahkar sənsən,Bu sevgi qatarından düşən də sənsən.Mən sənə mənliyimi, eşqimi vermişdim,Səni bu dünyada ən uca görmüşdüm.Amma sən hər addımda bir yalan danışdın,Özünü yox, ancaq mənliyi danışdın.

Mən sənə inandım, ürəyimi açdım,Hər xətanı sildim, mən səndən qaçmadım.Amma sən dəyişmədin, həmişə eyni qaldın,Yalançı vədlərlə başımı çox qatdın.

Sən adam olana qədər, mən ömrümü bitirdim,Sənin yolunda mən nə qədər vaxt itirdim?İndi gəlib deyirsən ki, "peşmanam, bağışla",Göz yaşın bəs etməz, artıq gecdür bu qışda.

We use cookies to improve our website and your experience when using it. Cookies used for the essential operation of the site have already been set. To find out more about the cookies we use and how to delete them, see our privacy policy.

I accept cookies from this site.
EU Cookie Directive plugin by www.channeldigital.co.uk